EN

Trampın ultimatumuna sərt cavab: Tehran enerji müharibəsinə hazırlaşır

İran ABŞ-nin mümkün zərbələrinə cavab olaraq Hörmüz boğazını tam bağlamaqla hədələyib. Musavat.com xəbər verir ki, bu bəyanat Vaşinqtonun Tehrana 48 saatlıq ultimatum verməsindən sonra səsləndirilib.

Məlumata görə, Donald Tramp İranı boğazı açmağa çağırıb və əks halda ölkənin enerji infrastrukturunun məhv ediləcəyi ilə hədələyib. Buna cavab olaraq Tehran sərt mövqe nümayiş etdirib.

İran tərəfi bildirib ki, belə bir hücum baş verərsə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdəki enerji obyektlərini, eləcə də İsrailin və bölgədə fəaliyyət göstərən Amerika şirkətlərinin infrastrukturunu hədəfə alacaq. Rəsmi Tehran eyni zamanda regionda genişmiqyaslı enerji böhranı – total “blackout” yaratmaqla da hədələyib.

Hadisələrin fonunda İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi də açıqlama verərək ABŞ və İsraili İran hakimiyyətinə qarşı zərbələri davam etdirməyə çağırıb. O, bununla yanaşı, ölkənin bərpası üçün vacib olan mülki obyektlərin hədəf alınmamasını tövsiyə edib.

Digər tərəfdən, Tehran son hücumlar fonunda raket potensialını da nümayiş etdirir. Dieqo-Qarsiya hərbi bazasına edilən zərbədən sonra İran raketlərinin nəzəri olaraq Avropa paytaxtlarına – o cümlədən London və Parisə qədər çata biləcəyi iddiaları gündəmə gəlib.

Musavat.com

Chosen
106
50
musavat.com

10Sources