EN

Əraqçi: ABŞ və İsrail İranın nüvə obyektlərinə dəyən ziyanı kompensasiya etməlidir

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İranın nüvə obyektlərinə son hücumlarını beynəlxalq hüququn pozulması adlandırıb, BMT-ni bu məsələ ilə bağlı qəti mövqe tutmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb: "İranın Nətənzdəki və Buşəhr elektrik stansiyasının yaxınlığındakı dinc nüvə obyektlərinə hücumlar BMT Nizamnaməsini, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Nizamnaməsini və beynəlxalq hüququ pozur”.

O əlavə edib ki, "nüvə obyektlərinə zərbələr radioaktiv materialların genişmiqyaslı yayılmasına, insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər".

Əraqçi ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamasını "təcavüz aktı" adlandırıb və hücumlara dərhal son qoyulmasını və "dəyən ziyana görə İsrail və ABŞ tərəfindən tam kompensasiya ödənilməsini" tələb edib.

Chosen
81
3
azerbaijan-news.az

10Sources