EN

Lənkəranda yol qəzasında 6 qohum xəsarət aldı FOTO

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın Cənub bürosunun məlumatına görə, qəza rayonun Qurumba kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “Audi Q7” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. Daha sonra nəqliyyat vasitəsi suötürücü kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan 6 nəfər – yaxın qohumlar xəsarət alıb. Yaralananlar 1953-cü il təvəllüdlü Yelena Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Qurbanov, 2014-cü il təvəllüdlü F. Qurbanov, 1988-ci il təvəllüdlü Günel Qurbanova və 1973-cü il təvəllüdlü Maya Hüseynovadır.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
160
unikal.az

1Sources