EN

İran enerji şəbəkələrinə qarşı təhdidlərə asimmetrik cavab verəcəyini açıqlayıb

İran enerji şəbəkələrinə qarşı təhdidlərə asimmetrik cavab verəcəyini açıqlayıb

İran kritik infrastrukturuna qarşı yönəlmiş növbəti təhdidlərə asimmetrik şəkildə cavab verəcək.

AFN.az xəbər verir ki, bu barədə TASS-a Tehrandakı yüksək rütbəli təhlükəsizlik rəsmisi məlumat verib.

"İran Əssaluya enerji şəbəkəsinə hücuma güclü, lakin mütənasib cavab verib. Lakin ölkənin kritik infrastrukturuna qarşı gələcək təhdidlərə cavabımız asimmetrik olacaq və endirilən zərbədən bir neçə dəfə güclü olacaq", — deyə mənbə bildirib.

Xatırladaq ki, martın 21-də ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmasa, ABŞ İranın bir sıra elektrik stansiyalarını məhv edəcək. İran Silahlı Qüvvələrinin Baş Qərargahı isə cavab olaraq xəbərdarlıq edib ki, Vaşinqton İslam Respublikası ərazisindəki elektrik stansiyalarına hücum edərsə, İran hərbçiləri ABŞ-ın regiondakı enerji və informasiya infrastrukturu obyektlərinə zərbələr endirəcək.

Chosen
204
49
afn.az

10Sources