EN

KİV: İran raketləri Londona çata bilər

BAKI, 23 mart. TELEQRAF

İranın raket imkanları ilə bağlı yeni iddia irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, Tehran tərəfindən Hind okeanında yerləşən Britaniya-ABŞ hərbi bazası - Dieqo-Qarsiya adasına raketlərin buraxılması İran raketlərinin daha uzaq məsafələrə çata biləcəyini göstərib.

Nəşr qeyd edir ki, əgər İran buraxılış qurğularını 180 dərəcə istiqamət dəyişsə, Londonun da bu raketlərin çatma radiusuna düşməsi mümkündür.

Bundan əvvəl "Mehr" agentliyi İran hakimiyyətinin Dieqo-Qarsiya adasındakı hərbi baza istiqamətində iki ballistik raketin buraxıldığını təsdiqlədiyini bildirib.

Chosen
80
teleqraf.com

1Sources