EN

Hər toyda içilir Mədəni yükləyir, damarları genişləndirir

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Həkimlər şampan və tündləşdirilmiş şərabların sağlamlıq üçün yaratdığı ciddi fəsadlar barədə xəbərdarlıq edib. Rusiyalı narkoloq Andrey Tyurin bu içkilərin orqanizmə ikiqat zərbə vurduğunu bildirib.Onun sözlərinə görə, köpüklü şərabların tərkibindəki karbon qazı mədənin selikli qişasını qıcıqlandırır və damarları genişləndirir. Bu proses spirtin qana daha sürətlə keçməsinə şərait yaradır. Şampanın tərkibindəki şəkər və turşular isə bağırsaqlarda qıcqırma yaradaraq ağır zəhərlənmə və şiddətli baş ağrılarına yol açır.Həkim desert şərablarının, xüsusən də portveyn və vermutların aldadıcı dadına diqqət çəkib. Şirinlik spirtin dadını örtdüyü üçün insan içdiyi miqdarı hiss etmir. Belə hallarda bir şüşə şərab içmək orqanizmə təxminən 200 qram araq qədər etanol daxil olması deməkdir. Şəkərin yüksək miqdarı həm də insulinin kəskin artmasına səbəb olaraq mədəaltı vəzini həddindən artıq yükləyir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
71
demokrat.az

1Sources