Lənkəranda baş verən qəzada xəsarət alanlardan bir nəfər reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü qadın, 3-ü kişi olmaqla xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub.
Xəsarət alan qadınlardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Diğər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyətləri stabil qiymətləndirilir.