EN

Pakistanın Bakıdakı səfirliyi ölkə müstəqilliyinin 79-cu ildönümünü qeyd edib - FOTOLAR

Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə milli himnin sədaları altında dövlət bayrağının qaldırılması üzrə təntənəli mərasim keçirilib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu gün Pakistan müstəqillik əldə etməsinin 79-cu ildönümünü qeyd edir.

Mərasim zamanı Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin göstərilən diplomatik dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib: "Cammu və Kəşmir məsələsində bizimlə həmrəy olduğuna görə Azərbaycana minnətdarıq".

Diplomat, həmçinin Yaxın Şərq və Cənub-Şərqi Asiyadakı mürəkkəb vəziyyətə diqqət çəkib və xüsusi olaraq Əfqanıstan ərazisindən qaynaqlanan terror təhdidləri probleminə toxunub.

O vurğulayıb ki, Cammu və Kəşmir problemi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllini tapmayana qədər Cənubi Asiyada davamlı sülh qeyri-mümkündür: "Biz azadlıq uğrunda mübarizə aparırıq. Buna görə də dəyişməz diplomatik və mənəvi dəstəyinə görə Azərbaycana bir daha təşəkkür edirəm".

"Cebheinfo.az"

Chosen
17
2
cebheinfo.az

3Sources