ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 mart, AZƏRTAC
Almaniyanın "Berliner" klubunun üzvü Zeyd Nəsirullanın 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin toplanışında iştirak etməməsinin səbəbi bəlli olub.
AZƏRTAC-ın məlumatına görə, 17 yaşlı mərkəz müdafiəçisi topuğundan zədələndiyi üçün yığmanın düşərgəsindən kənarda qalıb.
O, Bundesliqanın Gənclər Liqasında "Borussiya Münxenqladbax"la keçirilən matçda xəsarət alıb.
Həkimlərin rəyinə əsasən, Zeyd 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda martın 24-də Bolqarıstan, 27-də Litva və 30-da Malta ilə qarşılaşacaq.
Müxbir - Cavid Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.