Gəncə Dövlət Universitetinin tələbəsi Fərman Etibar oğlu Əlizadə qəfil vəfat edib.
AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a tələbənin qohumları bildiriblər. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
1999-cu il təvəllüdlü Fərman Əlizadə dünən torpağa tapşırılıb.
Mərhum əslən Cəbrayıl rayonunun Tinli kəndindəndir. Onun atası Qarabağ döyüşlərinin könüllü iştitakçısıdır.