Müəllif: Gülnar Əhmədli, Banco.az
Goldman Sachs analitikləri Fars körfəzindən yanacaq tədarükünün azalması fonunda 2026-cı ildə Brent və WTI xam neftinin qiymətləri ilə bağlı proqnozlarını artırıblar.
Banco.az cari il üçün Brent neftinin orta qiymət proqnozu 1 barel üçün 77 dollardan 85 dollara, WTI neftinin isə 1 barel üçün 72 dollardan 79 dollara yüksəldib.
Goldman Sachs Hörmüz boğazından neft daşınmalarının altı həftə ərzində normal həcmin yalnız 5%-ni təşkil edəcəyini və bundan sonra bir ay ərzində bərpa olunacağını ehtimal edir. Nəticədə, qlobal bazar təxminən 800 milyon barel itirəcək.
Martın 22-si ABŞ prezidenti Donald Tramp Tehranın Hörmüz boğazından keçən gəmiçilik hərəkətini növbəti 48 saat ərzində bərpa etməsə, ABŞ-nin İranın elektrik stansiyalarına zərbə endirəcəyini açıqlayıb.
Goldman analitiklərinin fikrincə, Brent markalı neftin qiyməti mart və aprel aylarında orta hesabla 1 barel üçün 110 dollar olacaq və 135 dollar səviyyəsinə çata bilər.
Hazırda Yaxın Şərqdə neft hasilatının gündə 11 milyon barel azalacağını təxmin edirlər. Ekspertlərin fikrincə, kəsir gündə 17 milyon barelə qədər arta bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!