EN

Nyu-York hava limanında təyyarə qəzaya uğradı

Kanadaya məxsus təyyarə Nyu-Yorkun La-Quardia hava limanında Kanadanın "Air Canada Express" aviaşirkətinə məxsus Bombardier CRJ-900 tipli təyyarə qəza törədib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, təyyarə eniş edən zaman yanğınsöndürən maşınla toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində təxminən 70 nəfər xəsarət alıb. Onların arasında avtomobildə olan 5 yanğınsöndürən (onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir) və təyyarənin sərnişinləri də var. Təyyarənin göyərtəsində təxminən 100 nəfər olub.

Toqquşmanın görünüş məhdudiyyəti və əlverişsiz hava şəraiti fonunda baş verdiyi bildirilir. Məlumata görə, yanğınsöndürən maşın laynerin enişi zamanı uçuş-enmə zolağını keçməyə cəhd edib. Tqquşma nəticəsində təyyarənin iki pilotu həlak olub.

Hadisə nəticəsində hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

Toqquşmanın zəif görmə şəraiti və əlverişsiz hava şəraiti fonunda baş verdiyi bildirilir. Məlumata görə, yanğınsöndürmə maşını laynerin enişi zamanı uçuş-enmə zolağını keçməyə cəhd edib.

Chosen
116
unikal.az

1Sources