EN

23 mart Ümumdünya Meteorologiya Günüdür

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Ümumdünya Meteorologiya Günü kimi qeyd edir.

Aznews.az xatırladır ki, bu gün 1961-ci ildən etibarən Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə geniş ictimaiyyət arasında iqlim dəyişmələrinin mümkün təsirləri haqqında məlumatlılığı artırmaq məqsədilə qeyd olunur.

Əsas məqsəd bütün dünya ölkələrini Yer kürəsində müşahidə olunan hava, iqlim və su məsələləri ilə bağlı problemlərin həlli məqsədilə bir araya gətirməkdir. Meteoroloqlar proqnozlar verməklə ölkənin sosial-iqtisadi inkişafına, ətraf mühitin mühafizəsinə mühüm töhfə verir.

Chosen
53
2
aznews.az

3Sources