EN

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Bakı. Trend:

Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevHeydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyininyeni binasının açılışında iştirak edib.

Trend xəbər verir ki,Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına liseydəyaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ciildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidənqurulan binası isə ötən müddətdə istifadəyə yararsız haladüşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanıntapşırığına əsasən yeni lisey binası inşa olunub.

Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik butəhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zərurimebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyanivəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiyalaboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əməktəlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları,həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyatakeçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsindəinşa edilib.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlətsiyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində buistiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyüktöhfələr verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramıçərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyəverilib.

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrasıilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsilalmalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinəhərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdətəhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

Chosen
82
49
az.trend.az

9Sources