EN

Qubadlının Hal kəndində 33 ildən sonra ilk dəfə – Novruz şənliyi keçirildi – VİDEO

Qubadlı rayonunun Hal kəndində 33 ildən sonra ilk dəfə kütləvi Novruz bayramı şənliyi təşkil olunub.

NOCOMMENT.az xəbər verir ki, uzun illər işğal altında qalmış kənddə bu ölçüdə bayram tədbirinin keçirilməsi yerli sakinlər üçün xüsusi emosional anlar yaşadıb. Şənlikdə kəndə qayıdan ailələr, Qubadlı icmasının nümayəndələri və müxtəlif qonaqlar iştirak edib.

Tədbirdə tonqal qalanıb, milli musiqilər səsləndirilib, adət-ənənələr nümayiş olunub. Sakinlər bildiriblər ki, 33 ildən sonra doğma kənddə Novruzun qeyd olunması onlar üçün təkcə bayram deyil, həm də böyük qayıdışın rəmzidir.

Hal kəndində keçirilən bu tədbir Azərbaycan torpaqlarında həyatın bərpası və böyük qayıdış prosesinin daha bir real göstəricisi kimi qiymətləndirilir.

Chosen
54
nocomment.az

1Sources