Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Moskvanın mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda yanğın söndürülüb:
“Yanğın Nikoloyamskaya küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri beşi uşaq olmaqla 19 nəfəri xilas edib. Yanğınsöndürmə işlərinə 86 nəfər işçi heyət və 23 texnika cəlb olunub”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.