EN

Sabah 23 dərəcə isti olacaq

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəsək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Chosen
81
49
sia.az

10Sources