Dünən Londondakı “Uembli” stadionunda keçirilən İngiltərə Luqa Kubokunun finalında “Arsenal”ı 2:0 hesabı ilə üstələyən “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı Liqa Kubokunu 5 dəfə qazanan ilk məşqçi olub.
Qvardiola daha əvvəl 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində bu kuboku başı üzərinə qaldırıb. Pep hesabında 4 titul olan Brayan Klaf, Aleks Ferqyuson və Joze Mourinyu kimi məşqçiləri geridə qoyub.
Xatırladaq ki, ötən il Liqa Kubokunu finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub edən “Nyukasl” qazanmışdı.
Toğrul