EN

Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Unibank

Novruz bayramı münasibətilə Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqlar

üçün xüsusi bayram tədbiri təşkil edib. Sosial məsuliyyət təşəbbüsü çərçivəsində

həyata keçirilən bu tədbirin əsas məqsədi uşaqlara bayram sevincini yaşatmaq,

onların sosial inteqrasiyasına dəstək olmaq və cəmiyyətin həssas qruplarına

diqqəti artırmaq olub.

Tədbirdə 40-a yaxın uşaq

iştirak edib. Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli fəaliyyətlər,

oyunlar və interaktiv proqramlar təşkil olunub. Novruzun ən sevilən

personajları olan Kosa və Keçəl tədbirə xüsusi rəng qataraq, uşaqlarla ünsiyyət

qurub, onları əyləndirib və bayram ab-havasını daha da canlandırıb.

Bank tərəfindən tədbirdə

iştirak edən bütün uşaqlara hədiyyələr təqdim edilib. Tədbir uşaqlara sevinc bəxş

etməklə yanaşı, onların diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədi

daşıyıb. Tədbirdə uşaqların valideynləri də iştirak edərək bu təşəbbüsü yüksək

qiymətləndirib və belə sosial layihələrin əhəmiyyətini vurğulayıblar.

Bank sosial məsuliyyət

strategiyası çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərən

layihələrin həyata keçirilməsini davam etdirir. Bu kimi təşəbbüslər vasitəsilə

həmrəyliyin gücləndirilməsi, inklüzivliyin təşviqi və bayram dəyərlərinin

paylaşılması əsas prioritetlərdəndir.

Unibank- Sənin Bankın!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
3
azxeber.com

10Sources