EN

İranlılar Türkiyəyə AXIŞIR

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Təhlükəsizlik Baş İdarəsinin məlumatlarında ölkəyə gələn xarici qonaqların sayını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, fevral ayında İstanbul xarici vətəndaşların Türkiyəyə daxil olduğu əyalətlər arasında lider olub. Ümumi ziyarətçilərin 57,98%-i İstanbulun sərhəd qapılarından daxil olub.

İlin ilk iki ayında məhdud artım müşahidə olunub. 2026-cı ilin yanvar-fevral dövründə Türkiyəyə gələn xarici qonaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% artımla 4 milyon 373 min 337 nəfərə çatıb.

Fevral ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkə 205.164 nəfər və 9,65 faizlə İran olub. İranı 176.835 nəfər və 8,32% Almaniya, 171.840 nəfər və 8,08%  ilə Rusiya izləyir. Bolqarıstan 158.386 ziyarətçi ilə 7,45%, Gürcüstan isə 93.677 ziyarətçi və 4,40% payla ikinci yerdədir.

Ötən ilin eyni ayı ilə müqayisədə bəzi ölkələrdən gələn ziyarətçilərin sayında azalma müşahidə olunub. İrandan gedən ümumi turistlərin sayı 223.222-dən 205.164-ə düşüb, Almaniyadan gələnlərdə isə məhdud azalma qeydə alınıb. Bunun əksinə olaraq, Rusiya və Bolqarıstandan gələn ziyarətçilərin sayında artım müşahidə olunub.

Ümumilikdə, 2026-cı ilin fevral ayında Türkiyəyə gedən xarici ziyarətçilərin sayı 2 milyon 126 min 698 nəfər olub, bu rəqəm 2025-ci ilin eyni ayında 2 milyon 171 min 942, 2024-cü ildə isə 2 milyon 294 min 579 nəfər olub.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
95
1
cebheinfo.az

2Sources