Bakı.Trend:
“Fitch Solutions”un tərkibinə daxil olan BMI şirkətininproqnozuna əsasən, yaxın zamanda neft məhsullarının qlobalqiymətləri yüksək səviyyədə qalacaq.
Trend xəbər verirki, yeni qiymətləndirmələrə görə, dizel yanacağının orta qiymətibir barel üçün 109 dollar, kerosin/aviasiya yanacağının qiyməti 107dollar, benzinin isə 84 dollar təşkil edəcək. BMI qeyd edir ki,proqnozların yenidən nəzərdən keçirilməsi bazar təklifi üzərindəartan təzyiq və Yaxın Şərqdəki müharibə fonunda tədarükdə davamedən fasilələrlə bağlıdır.
“Xam neftlə müqayisədə neft məhsullarının qiymətləri dahasürətlə artır ki, bu da təchizat zəncirlərinin həssaslığını və2026-cı ildə münaqişənin yanacaq bazarına daha güclü vəuzunmüddətli təsir göstərəcəyini nümayiş etdirir”, – təhlildəbildirilir.
Yaxın Şərqdə neft emalı zavodlarının fəaliyyətindəki problemlər,neftin emal üçün əlçatanlığını məhdudlaşdıran logistikaçətinlikləri, eləcə də Çin, Hindistan, Yaponiya və Cənubi Koreyadaixrac məhdudiyyətləri regional tədarük disbalansını gücləndirib.“Bu amillər emal marjasını kəskin şəkildə artırır”, – BMIvurğulayır.
Yanacaq çatışmazlığı və növbələrlə bağlı məlumatlar hələlikməhdud qalsa da, bazar artıq təzyiqi hiss edir. “İstehlakməntəqələrində ehtiyatların pərakəndə yerləşməsi səbəbindənqiymətlərə və yanacaq tədarükünə təsir “Brent”ə olan təsirlə iləmüqayisədə daha nəzərəçarpandır”, – analitiklər əlavə ediblər.
Strateji ehtiyatların buraxılması, distant işin dövləttərəfindən təşviqi, avtomobillərin birgə istifadəsi və ya işhəftəsinin qısaldılması kimi dövlət tədbirləri “qiymətlərə təzyiqiəhəmiyyətli dərəcədə azaltmayıb”.
Proqnozların ən böyük artımı dizel yanacağı üzrə qeydə alınıb.“Qazoylun qlobal orta qiymətləri artıq 2026-cı il üçünproqnozlaşdırdığımız bir barel üçün 109 dollar səviyyəsini xeyliüstələyib ki, bu da qiymətlərin daha da artması risklərinin yüksəkolduğunu göstərir”, – BMI bildirib.
Analitiklər əlavə ediblər ki, orta distillatlar üzrə məhdudbalans, neft emalı zavodlarında fasilələr və davam edən geosiyasiqeyri-müəyyənlik yaxın rüblərdə dizel yanacağının qiymətinin yüksəkqalmasını dəstəkləyəcək
Aviasiya yanacağının qiymətləri də nəzərəçarpacaq dərəcədəartıb. “Aviasiya yanacağının qiymət artımı nəqliyyat yanacağınınəksər növlərini qabaqlayıb ki, bu da artıq məhdud bazarı və YaxınŞərqdən kənarda əsas aviasiya regionlarında tədarük çatışmazlığıilə bağlı narahatlıqları əks etdirir”, – deyə BMI qeyd edir. Yüksəkqiymətlər artıq aviaşirkətləri uçuş cədvəllərini azaltmağa və yaaşağı marjalı marşrutları ləğv etməyə məcbur edir ki, bu da emalmarjasına təzyiqi artırır.
Benzin də bahalaşıb, lakin dizel və aviasiya yanacağı qədərkəskin deyil. BMI 2026-cı ildə benzinin orta qlobal qiymətini birbarel üçün 84 dollar səviyyəsində proqnozlaşdırır. “Qiymətlərinyaxın perspektivdə yüksək qalacağını, daha sonra isə 2026-cı ilinsonuna doğru azalacağını gözləyirik, belə ki, məhsul balanslarınınməhdudluğu və ixrac məhdudiyyətləri təklifi cilovlamağa davamedir”, - deyə təhlildə bildirilir.