EN

Qırğızıstan DİN rəhbərisiqaretə görə CƏRİMƏLƏNDİ

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları naziri inzibati məsuliyyətə cəlb ediblər.

Faktla bağlı protokol tərtib edilib. 3000 som (təxminən 60 manat - red.) cərimə tam ödənilib.

"Daxili işlər orqanları hüquq normalarına riayət olunmasını və qanun qarşısında hər kəsin bərabərliyi prinsipini ardıcıl olaraq təmin edir", - Daxili İşlər Nazirliyidən (XİN) qeyd edilib.

Daha əvvəl sosial şəbəkələrdə Bişkekin Köhnə meydanında ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbir zamanı DİN rəhbərinin ictimai yerdə siqaret çəkdiyini göstərən video yayılmışdı.  /"Report"

Milli.Az

Chosen
54
5
milli.az

4Sources