“FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.


Rekord.az xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov saat 18:30-da media nümayəndələrinin qarşısına çıxacaq:


26 mart


Sent Lüsiya milli komandası

10:30. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)


Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı (“Dalğa Arena”)

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)