EN

Bu vərdişlər dərini cavan saxlayır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Dərinin elastikliyi, nəmliliyi və qocalma sürəti birbaşa genlərin fəaliyyətindən asılıdır. Genetik ekspert Anastasiya Sivakova bildirib ki, insan müəyyən vərdişlərlə dörd əsas genin işinə təsir edərək dərisinin vəziyyətini yaxşılaşdıra bilər.Onun sözlərinə görə, dərinin möhkəmliyinə cavabdeh olan kollagen zülalının sintezini COL1A1 geni tənzimləyir. Digər tərəfdən, MMP1 geni günəş işığının təsiri ilə aktivləşərək kollageni parçalayır və erkən qırışların yaranmasına səbəb olur. Bu səbəbdən günəşdən qoruyucu kremlərdən istifadə etmək dərinin qocalma prosesini ləngitmək üçün vacibdir.Dərinin hamarlığı və nəmliyi isə AQP3 geninin fəaliyyəti ilə bağlıdır. Bu gen hüceyrələrə suyun daxil olmasını təmin edən kanalları kodlaşdırır. Yaş keçdikcə bu kanalların sayı azalsa da, tərkibində retinol olan kosmetik vasitələr həmin genin işini stimullaşdıra bilir. Piqmentasiya və ultrabənövşəyi şüalardan qorunma isə TYR genindən asılıdır. Genetik şərtlər önəmli olsa da, düzgün qidalanma və zərərli vərdişlərdən uzaq durmaq genlərin mənfi təsirlərini zəiflətməyə imkan verir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
demokrat.az

1Sources