EN

Kalori saymaq kifayət deyil

Kalori

Alimlər daha ağıllı qidalanmanın vaxt, sürət və qida növündən asılı olduğunu deyir.Kalori saymaq uzun müddətdir çəki idarəsinin əsas yolu hesab edilsə də, yeni araşdırmalar bunun yetərli olmadığını göstərir. Ulusum.az xəbər verir ki, mütəxəssislər fikrincə, bədənin qidaya reaksiyası yalnız kaloridən deyil, həm də yeməyin vaxtı, sürəti və tərkibindən asılıdır.Araşdırmalar göstərir ki, eyni kalorini səhər qəbul edənlər axşam yeyənlərə nisbətən daha çox arıqlaya bilir.Günün ilk və son yeməyi arasındakı vaxtın qısaldılması da ümumi kalori qəbulunu azalda bilər. Gec saatlarda qəlyanaltı yemək qan şəkərinin və xolesterolun yüksəlməsi ilə əlaqələndirilir. Yeməyi yavaş yemək toxluq hormonlarının daha effektiv işləməsinə kömək edir və artıq yeməyin qarşısını alır.Alimlər bildirir ki, çox sürətli yemək qan şəkərinin daha kəskin artmasına səbəb ola bilər. Qidanın quruluşu da önəmlidir, çünki emal olunmuş məhsullar daha tez həzm olunur və daha çox kalori mənimsənilir. Hətta eyni qidanı yeyən insanlar arasında belə metabolik reaksiyalar fərqli ola bilər. Mütəxəssislər sağlam qalmaq üçün müxtəlif, liflə zəngin qidalanma və zərərli qəlyanaltıların azaldılmasını tövsiyə edirlər.R.İkramlı

Diqqət Çəkənlər

Prezident ailəsini şantaj edən şəxs danışdı VİDEO

Səmaya yüksələnlər VİDEO

Prezidentin ailəsini şantaj edən tanınmış şəxsin nəvəsidir?

Chosen
26
ulusum.az

1Sources