Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Moped sürücülərinə verilən vaxta sayılı günlər qalıb.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən moped sürən şəxslərin də sürücülük vəsiqəsi olmalıdır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.
İdarədən bildirilib ki, yenilik mopedlərin iştirakı ilə baş verən qəzaların qarşısının alınmasına, məsuliyyətin artırılmasına və digər hərəkət iştiakçılarının təhülksəziliyinin təmin edilməsinə zəmin yaradacaq.
Nəqliyyat ekspertləri deyirlər ki, dəyişiklik əsasən çatdırılma şirkətlərinə təsir edəcək. Çünki moped sürücüləri əsasən kuryer kimi fəaliyyət göstərirlər.
Kuryerlər arasında apardığımız sorğu əsasında məlum oldu ki, bəziləri qərardan sonra sürücülük vəsiqəsi alsalar da, bir çoxunda hələ yoxdur.
Xatırladaq ki, mart ayının 26-dan moped sürən şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.