EN

İran Fars körfəzinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib

BAKI, 24 mart. TELEQRAF

İran region ölkələri ilə birlikdə Fars körfəzində naviqasiya təhlükəsizliyini digər dövlətlərin müdaxiləsi olmadan təmin etməyə qadirdir.

Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

"İranın ordusu rəqiblərindən üstün olduğundan, regional dövlətlərlə əməkdaşlıq edərək Fars körfəzinin təhlükəsizliyini təmin etməyə qadirdir. Regiondan kənar ölkələrin bu sahəyə müdaxilə etmək hüququ yoxdur" - deyə, Baş Qərargahın açıqlamasında bildirilir.

O da qeyd olunur ki, İran Fars körfəzi və Omanın ərazi sularında tam üstünlüyə malikdir və Hörmüz boğazına effektiv şəkildə nəzarət edir: "Bu üzdən Fars körfəzində mina qoymağa ehtiyac qalmayacaq və İran bölgədə lazımi təhlükəsizliyi təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək".

Chosen
70
teleqraf.com

1Sources