EN

Yanacaq bahalaşması Hollandiya balıqçılıq sektoruna təsir edib

Bakı. Trend:

Hollandiyada yanacaq qiymətlərinin kəskin artması səbəbindənbalıqçıların əhəmiyyətli hissəsi bu həftə dənizə çıxmayacaq.

Trend xəbər verirki, bu barədə NU.nl portalı məlumat yayıb.

Məlumata görə, kambala, daban və halibut ovlayan dib trolgəmilərinin yarıdan çoxu fəaliyyətini müvəqqəti dayandırır.Bildirilir ki, bu kateqoriyaya aid gəmilər ölkədə ümumi balıqovunun əsas hissəsini təmin etsə də, hazırda balıqçılıq iqtisadicəhətdən səmərəsiz olub.

Hollandiya Balıqçılar Birliyinin nümayəndəsi Dürk van Tuinenqeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonrayanacaq qiymətləri ötən ayın sonundan etibarən təxminən iki dəfəartıb. Onun sözlərinə görə, mövcud şəraitdə dənizə çıxmaq zərərləişləmək deməkdir və bu vəziyyət sektora ciddi zərbə vurur.

O əlavə edib ki, xüsusilə dib trol gəmiləri yüksək yanacaqsərfiyyatı səbəbindən daha çox zərər görür. Karides balıqçılığıkimi digər sahələrdə vəziyyət nisbətən fərqli olsa da, ümumilikdəəksər balıqçılıq şirkətləri hazırda zərərlə fəaliyyət göstərir.

Chosen
23
az.trend.az

1Sources