ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna mümkün zərbələri beş gün təxirə salıb.
Publika.az xəbər verir ki, “Bloomberg”in mənbələrə istinadən məlumatına görə, məqsəd həm enerji, həm də maliyyə bazarlarını sakitləşdirməkdir.
Tramp bu qərarı ABŞ müttəfiqlərinin xəbərdarlıqlarından sonra və Fars körfəzi ölkələrinin çağırışlarını nəzərə alaraq verib.