EN

“Al Jazeera”: Hörmüz boğazının bağlanması məsələsi hələ də açıq qalır

Bakı, 24 mart, AZƏRTAC

İranın Hörmüz boğazını tam bağlaması ilə bağlı məsələ ABŞ-nin sonrakı addımlarının qeyri-müəyyənliyi səbəbindən hələ də açıq qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı İran hakimiyyətinin yüksəkvəzifəli nümayəndəsinə istinadla məlumat yayıb.

“ABŞ tərəfindən istənilən gözlənilməz addımlar gözlənilə biləcəyi üçün Hörmüz boğazının bağlanması və minaların yerləşdirilməsi məsələsi açıq qalır”, – deyə iranlı rəsmi bildirib. O qeyd edib ki, Vaşinqton “indiyədək Tehranın iki əsas şərtini – reparasiyaların ödənilməsini və İrana qarşı təcavüzün açıq şəkildə tanınmasını qəbul etməkdən imtina edir”.

İran hakimiyyətinin nümayəndəsi təsdiqləyib ki, Tehran və Vaşinqton “gərginliyin azaldılması məqsədilə Misir və Türkiyə vasitəsilə mesajlar mübadiləsi aparıblar”.

Chosen
61
2
azertag.az

3Sources