EN

Texasda neft emalı zavodunda yanğın baş verib

BAKI, 24 mart. TELEQRAF

ABŞ-nin Texas ştatında yerləşən neft emalı zavodunda yanğın qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə “Valero” şirkətinə məxsus Port-Artur şəhərindəki zavodda baş verib.

Məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin ehtimal olunan səbəbi kimi sənaye qızdırıcısında baş verən partlayış göstərilir.

Chosen
34
teleqraf.com

1Sources