Texas ştatında neft emalı zavodunda yanğın baş verib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə “Valero” şirkətinə məxsus Port-Artur şəhərində yerləşən zavodda qeydə alınıb.
“Zərərçəkənlər barədə məlumat yoxdur, partlayışın ehtimal ki, sənaye qızdırıcısından qaynaqlandığı bildirilir”, – deyə məlumatda qeyd olunub.