EN

“Lans” rəsmi olaraq PSJ ilə oyunu təxirə salmaqdan imtina edib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Parislilərin əlavə fasilə tələbinə baxmayaraq, “Lans” 11 apreldə keçirilməsi planlaşdırılan PSJ ilə oyununu təxirə salmaqdan imtina edib.

İdman.Biz xəbər verir ki, Matç UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin “Liverpul”la iki oyunu (8 və 14 aprel) arasında keçiriləcək.

PSJ-nin Peşəkar Futbol Liqasına (LFP) Liqa 1-in 29-cu turunun təxirə salınması ilə bağlı rəsmi müraciətindən sonra “Lans” klubu qəti şəkildə imtina edib. “Lans” cədvəlin dəyişdirilməsi üçün heç bir əsaslı və ya ədalətli səbəb olmadığını iddia edir.

LFP komissiyası matçın mümkün təxirə salınması ilə bağlı yekun qərar vermək üçün 26 mart cümə axşamı günü görüşəcək. Komissiya PSJ-nin tərəfini saxlasa, “Lans”ın mövqeyi yekun qərara təsir etməyəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
icma.az

2Sources