EN

Pentaqon jurnalistlərin iş zonasını bağlayıb: məhkəmə qərarı qalmaqal yaratdı

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyi – Pentagon – qərargahında fəaliyyət göstərən jurnalistlər üçün ayrılmış iş zonasını bağlayıb.

Bu barədə martın 23-də nazirin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Sean Parnell açıqlama verib.

Bildirilib ki, məhkəmənin Pentaqonun media nümayəndələrinin hüquqlarını pozduğunu tanımasından sonra akkreditə olunmuş jurnalistlərə iş yerlərini tərk etmək göstərişi verilib. Qurum bu qərarla razılaşmasa da, Kolumbiya dairəsi üzrə məhkəmənin hökmünü icra etdiyini qeyd edib. Məhkəmə "The New York Times" qəzetinin iddiasını təmin edərək, nəşrin yeddi müxbirinin buraxılış vərəqələrinin bərpasını və ötən ilin oktyabrında tətbiq edilən akkreditasiya məhdudiyyətlərinin ləğvini tələb edib.

Bu qərardan sonra Pentaqon qərargahında uzun illər fəaliyyət göstərən media iş zonası dərhal bağlanıb. Şon Parnell bildirib ki, jurnalistlər üçün yeni iş sahəsi Pentaqon ərazisində, lakin ayrıca binada yaradılacaq və hazır olduqdan sonra istifadəyə veriləcək.

Bununla yanaşı, jurnalistlərin müşayiətsiz şəkildə Pentaqona daxil olması da məhdudlaşdırılıb. Yeni iş zonasının nə vaxt hazır olacağı və həmin vaxta qədər media nümayəndələrinin harada fəaliyyət göstərəcəyi barədə isə məlumat verilməyib.

Xatırladaq ki, 16 oktyabr 2025-ci ildə "Associated Press" agentliyi onlarla jurnalistin mediaya qarşı tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq nazirliyə məxsus buraxılış vərəqələrini təhvil verdiyini yazmışdı. Həmin məhdudiyyətlərə nazir Pete Heqset rəhbərlik edirdi.

"The New York Times" isə bu addımları “misli görünməmiş düşmən münasibət” kimi qiymətləndirərək bildirmişdi ki, Heqsetin rəhbərliyi dövründə aparıcı media qurumları iş otaqlarından məhrum edilib, onların yerinə mühafizəkar nəşrlərə üstünlük verilib, jurnalistlərin sərbəst hərəkəti məhdudlaşdırılıb və press kartların ləğvinə səbəb ola biləcək sərt qaydalar tətbiq olunub.

Qəzet dekabr ayında Pentaqonu məhkəməyə verərək hərbi mövzuların mediada işıqlandırılmasına qoyulan məhdudiyyətlərin jurnalistlərin konstitusiya hüquqlarını pozduğunu bəyan etmişdi.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
bizimyol.info

1Sources