EN

Bu ölkədə yanacaq satışı məhdudlaşdırıldı

Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniyada kənd təsərrüfatı texnikası sahiblərinə yanacaq satışı məhdudlaşdırılıb.

Redaktor.az “The Telegraph”a istinadən xəbər verir ki, artıq Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçılar dizel yanacağının miqdarına rasionlaşdırma tətbiq ediblər.

“Anglia Farmers” şirkətinin sözçüsü Patrik Krehan da bunu təsdiqləyib. O bildirib ki, topdansatış təchizatçıları mümkün qədər çox sorğunu ödəmək üçün sifariş həcmlərini azaltmalı olublar:

“Məsələn, bir fermerə 10 ton yerinə, müxtəlif fermerlərə 2 ton çatdırırlar. Biz paylamanı birbaşa görürük”.

Chosen
24
9
redaktor.az

10Sources