EN

Pakistan və Əfqanıstan arasında atəşkəs müddəti başa çatıb » AzadMedia.az


Pakistan və Əfqanıstan arasında atəşkəs 24 mart tarixində saat 00:00-da (Moskva vaxtı ilə 23 mart, 22:00) başa çatıb. Bu barədə TASS məlumat yayıb.
Atəşkəsin uzadılması barədə tərəflər tərəfindən məlumat verilməyib.
18 martda Pakistan və Əfqanıstan beş günlük atəşkəs elan edərək İd əl-Fitr bayramı dövrü üçün beş günlük atəşkəs qərara almışdılar. İsəlamabad və Kabul bildirib ki, bu qərar Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin vasitəçiliyi ilə qəbul edilib. Hər iki tərəf xəbərdarlıq etmişdi ki, razılaşmaların pozulması hərbi əməliyyatların bərpasına səbəb ola bilər.
20 martda Əfqanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kari Fasihuddin Fitrat bildirib ki, Pakistan hərbçiləri atəşkəs rejimini pozub. İsəlamabad isə bu ittihamı rədd edib.
Qeyd edək ki, 26 fevralda Əfqanıstan Duran sərhəd xətti boyunca Pakistan hərbçilərinə qarşı hərbi əməliyyata başlamışdı. Bu əməliyyat Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstan ərazisini bombardman etməsinə cavab idi. Pakistan isə qarşılıqlı atəş açdığını və sonradan Əfqanıstanla açıq müharibə elan etdiyini bildirmişdi.
Chosen
10
1
azadmedia.az

2Sources