EN

38 yaşında karyerasını başa vurdu

Bolqarıstan yığmasının sabiq futbolçusu İvelin Popov karyerasını başa vutub.

"Football-plus.az" xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü məlumat yayıb. Popovun sonuncu klubu yerli “Arda” olub.

Popov karyerası ərzində “Levski”, “Rostov”, “Spartak”, “Soçi”, “Botev” və“Qaziantep”də də oynayıb. Bolqarıstan milli komandasında 90 oyuna 16 qol vurub. 38 yaşlı İvelinin 2016/17 mövsümündə “Spartak”ın heyətində Rusiya çempionu olduğunu da xatırladaq.

Chosen
16
football-plus.az

1Sources