
Kolumbiyada Milli Ordunun şəxsi heyətini daşıyan “Lockheed C-130 Hercules” hərbi nəqliyyat təyyarəsi qəzaya düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kolumbiya Hərbi Hava Qüvvələrinin komandanı Karlos Fernando Silva Rueda məlumat yayıb.
Bildirilib ki, təyyarədə 114 sərnişin və 11 heyət üzvü olub.
Ölkə Prezidenti Qustavo Petro 34 əsgərin ölümünü təsdiqləyib.
“Caracol” televiziya kanalı hərbi mənbələrə istinadən qəzada 66 nəfərin öldüyünü, 57 nəfərin xəstəxanalarda olduğunu bildirib.
Axtarış-xilasetmə işləri davam edir.