EN

Aqrar sığorta zərfinə yeni bitkilər əlavə ediləcək

Aqrar Sığorta Fondu ilk fəaliyyətə başlayanda 14 bitki növünü sığorta edirdi, indi (2026-cı ildə) 41 növ bitkini sığortalayır və hazırda yeni layihə üzərində işlər aparılır.

Bunu Olaylar.az-a açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli deyib.

"Layihəyə əsasən sığortalanan bitki növlərinin sayını 59-a qaldırmağı planlaşdırırıq. Bu planlar fermerlərin Fonda olan müraciətlərinə əsaslanır. Daha 18 bitkinin sığorta zərfinə salınması gözlənilir, buraya həm tərəvəzçilik, həm meyvəçilik istiqamətindəki bitkilər aiddir. Nümunə olaraq xiyar, badımcan, bibər, həmçinin püstə, innab, feyxoa kimi bitkiləri qeyd edə bilərəm", - o bildirib.

Sədr müşaviri qeyd edib ki, gələcəkdə quraqlıq riski də sığortalana bilər: "Quraqlıq böyük bir riskdir, onun təminata götürülməsi ciddi araşdırma tələb edir. Misal üçün, Türkiyənin TARSİM modeli 2006-cı ildə fəaliyyətə başlayıb, quraqlıq riski isə yalnız 2019-cu ildə - 13 il sonra təminata alınıb. Biz isə 6-cı ildir fəaliyyətə başlamışıq və artıq quraqlıq riskini təminata almağa çalışırıq. Əsas məqsədimiz fermerlərin yanında olmaq, onların gəlirlərini qorumaqdır".

R. Səmədli əlavə edib ki, Aqrar Sığorta Fondu tərəfindən 2020-ci ildən, yəni fəaliyyətə başladığı müddətdən indiyədək zərər çəkmiş fermer və təsərrüfatlara təkcə bitkiçilik sahəsində 22 milyon manatdan çox ödəniş edilib. O qeyd edib ki, təkcə 2025-ci ildə zərərlə üzləşən fermerlərə 8.8 milyon manat ödəniş aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
2
olaylar.az

3Sources