Martın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Far.Az-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.