EN

Kerri Enn Fleminq vəfat etdi


Teatr, kino və televiziya aktrisası Kerri Enn Fleminq vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, 51 yaşlı aktrisa fevralın 26-sı Britaniya Kolumbiyasının Sidney şəhərində vəfat edib.
O, son vaxtlar döş xərçəngi ilə mübarizə aparırdı.
Kerri Enn Fleminq 16 avqust 1974-cü ildə Kanadanın Nova Şotlandiya şəhərində anadan olub. Aktrisa “Romeo və Cülyetta”, “Polad Maqnoliya” və digər teatr tamaşalarında rol alıb.
Fleminq 40 layihədə rol alıb. Onun ən məşhur ekran işləri: “Fövqəltəbii”, “The L Word”, “Good Luck Chuck!”, “Alisa möcüzələr diyarında”, “Evlilik”, "iZombie”, “Total recall”, “The real bachelor” və “Supergirl” olub. 
Chosen
71
1
yeniavaz.com

2Sources