EN

Azərbaycan meşə fındığı ixracından gəlirini 2 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 4 min 569 ton meşə fındığı ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 57 milyon 664 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 524 ton (12,9 % ), dəyər baxımından isə 29 milyon 548 min ABŞ dollar (2 dəfə) çoxdur.

Hesabat dövründə meşə fındığı ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 1,5 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

"Cebheinfo.az"

Chosen
16
7
cebheinfo.az

10Sources