EN

TƏCİLİ: Tramp onu gizlicə İranin yeni lideri seçib

ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.

"Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Tramp Administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır", - deyə xəbərdə bildirilib.

Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir.

Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır.

Chosen
19
15
publika.az

10Sources