ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.
Belə ki,1985-ci il təvəllüdlü Elçin Ağayev və 1994-cü il təvəllüdlü Əli Əliyev arasında dava düşüb. Nəticədə E. Ağayev Ə. Əliyevə yumruqla ciddi xəsarət yetirib.
Sonuncu ağır vəziyyətdə Gəncə Şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb. Ə. Əliyev bir neçə gün koma vəziyyətində qaldıqdan sonra xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Hər iki şəxsin qonşu və yaxın dost olduğu bildirilib.
Yunis Quliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.