EN

İraqda Xalq Səfərbərlik Qüvvələrinin obyektinə hava zərbəsi endirildi, 15 ölü

İraqın qərbində, Anbar vilayətində Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) qərargahına endirilən hava zərbələri nəticəsində ən azı 15 silahlı ölüb, 30 nəfər yaralanıb.

Bu barədə “Reuters“ agentliyi mənbələrinə istinadən məlumat yayıb.

XSQ-nin yaydığı bəyanatda zərbə nəticəsində qruplaşmanın Anbar üzrə əməliyyat komandiri Saad əl-Baici və onun 14 silahdaşının öldüyünü təsdiqləyib. Qrup ABŞ-ı hücumu həyata keçirməkdə ittiham edib.

Chosen
31
2
aznews.az

9Sources