EN

Lənkəranda maşın aşdı – Xəsarət alanlar var

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə avtoqəza yeni Ələt–Astara magistralının 161-ci km-də Lənkəran rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədli idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Xanım Məmmədli xəsarət alıblar. Xəsarət alanlar ətrafdakıların köməyi ilə deformasiyaya uğrayan avtomobildən çıxarılıb. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Hər iki yaralıya müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub.

İlkin tibbi yardım göstərildikdən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
8
9
nocomment.az

10Sources