EN

İsa ölüb, özünüzü aldatmayın... Əli Çağla

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Əli Çağlanın "Həyat və ölüm" şeirini təqdim edir.

Bir az həyat,

bir az da ölüm

çox da önəmli deyil.

Əyil,

bu reklam tablosunun qarşısında

hər gün əyil.

Sənə heç kim

tablodakı qadın kimi

gözlərini zilləməyəcək.

Səni zəhərləyəcək

səkidən ötən oğlan

bəlkə də ilan -

tablodakı qadına baxıb deyəcək:

- Gözləri şəhvət qoxuyur.

Sevdiyin qadın bunları eşitməyəcək

elə bil eşşəyin qulağına Yasin oxuyur -

hələ də gülümsəyəcək...

Sevgidən artıqdır şəhvət.

Sevgidən artıqdır nifrət.

Ağ dişlərini heç kimdən gizlətməyəcək

heç zaman

tabloda gülümsəyən portret.

İsa ölüb

özünüzü aldatmayın,

indi ölümlərə şübhələnmək, karıxmaqdır.

Hələ də Xamneinin şəklinin altında yazılıb

"Ayətullahdan savayı bütün hakimlər axmaqdır!"

Səddam da ölüb,

Hitler də,

Lenin də,

Stalin də,

sənin birinci sevgilin də.

Bir gecə arvadından gizlin

Whatsappdakı hansısa qadınla chatını siləcəksən

Və sonra öləcəksən...

Yalqızam...

Götürüb yığıram yazıçı dostum Varisi,

qalıram cavabsız... cansız... adamsız...

Müxalifətçi dostlarımdan diri qalsaydı birisi

"Günəş" kafesində dərdləşərdik.

Ağcaqanadları öldürməsəydim otağımda

heç olmasa onlarla məsləhətləşərdik;

siyasi mövqeyimizi bir-birimizə deyərdik.

Hamı ölüb

mən isə dünyaya yapışıb qalan saqqızam.

Pultun yaşıl düyməsinə baş barmağımı basıram;

təqaüdə çıxıb TV-də İlhamiyyə Rzayeva

görürəm ki, yapyalqızam.

Televizor açılır

aləm bir-birinə dəyib.

Şəkillərimin arasından bir jurnalist

ən yaraşıqlı şəklimi göstərib

adımı deyib.

kimisi yerindən kükrəyib:

- Əli Çağla "Fəsad ansamblının rəhbəri"dir.

Hansısa fahişə siqaretini tüstülədib

İzdahmda birdən-birə

göbələk kimi çıxıb deyib:

- Hə... O, mənim həmkarımın əridir,

yoldaşının deyirlər ki, dəyyusudur,

casusudur,

İsrailin İrandakı casusudur...

Kəsirəm səsini televizorun

bu səssiz hirslənən qəhbəmanlar

gör nə qədər gülməlidir?

Önünü kəsib kameranın

sevdiyimdən hər gecə qapısını kəsdiyim qadın,

Ax... nədən unutmuşam adın?

Sevgidən artıq olsa da nifrət,

sevgini qəsdən tirajlayır hakimiyyət.

Məndən sonra gözlərini kimə zilləyəcək

bu tabloda gülümsəyən portret?

Öyrətim sistemləri

"Hamımız xoşbəxt ola bilərik" deyir.

Tablodakı qadın hələ də gülümsəyir,

küçədə dilənçi tir-tir titrəyir,

reklam SMS-ləri pullarımızı elə çeynəyir

sanki anasının əmcəyini yeyir.

Gəlin, təyyarələrin səsini eşidəndə gizlənməyək.

Ayrılanda sevdiklərimizdən

ən çirkin sözlərimizi deyək.

Başımıza yağanda bombalar, qaçmayaq.

Öləndə analarımız ağlamayaq.

Gəmiyə yol göstərə bilmirsə bu mayak,

gəlin hər şeyə son qoyaq.

Gəlin son qoyaq...

Gəlin son qoyaq...

Gəlin son qoyaq...

Kosmosdakı stansiyalarımıza qaçaq,

orda da boğaz axtarışına başlarsa əllərimiz

oranın da içinə pox qoyaq... Küçədə polislər qaçır,

bombalar düşür aramıza

aramızda təyyarələr uçur,

göndərib təyyarələri İsrail

pis deyil.

Sevgi yoxdur aramızda yaxşı ki,

yoxsa yalan uydurmağa pulum da yox,

halım da...

"Müsəlmanlar arasında on min nəfərdən biri..." - Axundzadə akademik Dorna məktubunda nədən şikayətlənirdi?

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

Bu gün İlaxır çərşənbədir

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
kulis.az

2Sources