EN

Trampın bir cümləsi kimləri milyarder etdi? - 100 milyonluq "GİZLİ ƏMƏLİYYAT" şoku

ABŞ prezidenti Donald Trampın İranla sülh danışıqlarının aparılmasına dair martın 23-də "Truth Social"da etdiyi paylaşım naməlum insayderlərə 100 milyon dollardan yuxarı gəlir gətirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qazanc Trampın "sülh" paylaşımından 20 dəqiqə əvvəl əldə edilib.

Belə ki, müşahidəçilər və bazar iştirakçılarının məlumatına görə, Trampın İranla sülh perspektivləri barədə açıqlamasından təxminən 15 dəqiqə əvvəl bəzi treyderlər ticarət həcmlərini kəskin şəkildə artıraraq təxminən 6200 ticarət əməliyyatında "Brent" və WTI nefti fyuçerslərinin satışını həyata keçiriblər ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olub. Həmin treyderlər Fond bazarlarında isə əksinə, Trampın çıxışından sonra 10 faizdən çox artan ralli gözləyərək alışları kəskin artırıblar.

Bu alışların həcminin 1,5-2 milyard dollar təşkil etdiyini nəzərə alsaq, bu treyderlər qrupu təxminən 20 dəqiqə ərzində 100 milyon dollardan çox qazana biliblər.

Hazırda qlobal bazarlarda Trampın paylaşımından hansısa qüvvələrin əvvəlcədən xəbərdar olaraq külli miqdarda qazanc əldə etməsi faktının şoku yaşanır. Ortada olan ən mühüm sual isə budur ki, Donald Tramp paylaşımına dair həmin qüvvələri özü xəbərdar edib, yoxsa bu ondan xəbərsiz sızdırılıb?

Musavat.com

Chosen
3
musavat.com

1Sources