GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
“Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Tramp Administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır”, – deyə xəbərdə bildirilib.
Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir.
Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır.
Dünən bir neçə KİV İranın ABŞ ilə danışıqlarının ehtimal olunan iştirakçısı hesab etdiyi Qalibafın Tehranla Vaşinqton arasında münaqişənin həlli üzrə əlaqələrini təkzib etmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.