EN

Simonyan: Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur

Ermənistan regionda hər hansı bir tərəfin digərinə hücum etməyinə rəvac verməyən münasibətlərin qurulmasına böyük əhəmiyyət verir.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin yeni konstitusiyası ilə bağlı jurnalistlərin suallarına cavab olaraq bildirib.

“Ermənistanın heç vaxt ərazi iddiaları olmamalıdır və onun qonşularına qarşı heç bir iddiası yoxdur. Biz regionda münasibətləri elə qurmalıyıq ki, heç bir tərəf digərinə hücum etməyi düşünməsin. Biz bölgəmizdə sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, – spiker qeyd edib.

Simonyan ölkə konstitusiyasına edilən dəyişikliklərin “Ermənistanın qorunması və gələcəyi naminə” edildiyini vurğulayıb.

MənbəAPA
Chosen
10
9
banker.az

10Sources